Star Mining şirkəti tərəfindən ADİU və ADNSU məzunları üçün 2 aylıq ödənişli Yay Təcrübə Proqramı elan olunur.
Proqrama aşağıdakı ixtisaslar üzrə təhsil alan tələbələr müraciət edə bilərlər:
* Menecment
* Beynəlxalq ticarət və logistika
* Mədən mühəndisliyi
* Geologiya
* Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
Təcrübə proqramının əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək, onları real iş mühiti ilə yaxından tanış etmək və peşəkar inkişaflarına sistemli dəstək göstərməkdir.
Star Mining dağ-mədən sektorunda fəaliyyət göstərən, dinamik inkişaf edən və peşəkar komanda mühitinə malik şirkətdir. Şirkət öz fəaliyyətində beynəlxalq standartlara, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, eləcə də davamlı inkişaf prinsiplərinə xüsusi önəm verir.
Bu proqram tələbələr üçün real iş təcrübəsi qazanmaq, sahə üzrə biliklərini praktikada tətbiq etmək və gələcək karyera imkanlarını genişləndirmək baxımından dəyərli fürsətdir.
"Yay Təcrübə Proqramı"
Bakı və Daşkəsən
Последняя дата обращения: 01.05.2026