“Çovdar” yatağı
“Çovdar” qızıl yatağı Daşkəsən rayonunun şimal hissəsində yerləşir. “AzerGold” QSC və “Star Mining” MMC arasında imzalanmış mügaviləyə əsasən, “Star Mining” MMC tərəfindən yatağda mədən, xırdalama və aglomerasiya işləri 2017-ci ildən etibarən aparılır. Yatağın təsdiq olunmuş ümumi qızıl resursları 1 661 000 unsiya (51.5 ton filiz) təşkil edir. Bu həcmin 363 500 unsiyası yerüstü (oksid), 1 298 000 unsiyası isə yeraltı (sulfid) filizlərinin payına düşür. Oksid fazası üçün hesablanan həcmin 233 min unsiyası iqtisadi rentabelli və texniki cəhətdən hasilatı mümkün olan qızılın miqdarıdır.
Hazırda “Çovdar” yatağında oksid filizlərinin açıq üsulla istismarı uğurla davam etdirilir. 2022-ci ildə isə yatağın ikinci fazasının – sulfid filizlərinin istismara verilməsi nəzərdə tutulu