Hal-hazırda şirkətimizə Yağlayıcı tələb olunur.
Vəzifə öhdəlikləri:
Mühərrik, reduktor və qutuların, lubrikatorların və avtomatik hərəkət edən cihazların təzyiq altında yağlanması üçün sürtkü materiallarının dəyişdirilməsi və doldurulması.
Yağların yağ qabına tökülməsi, işlənmiş yağların təmizlənmək üçün yığılması.
Transmissiya vallarının toz və çirkabdan təmizlənməsi.
İş yeri: Daşkəsən rayonu
İş qrafiki: 15/15
Namizədə tələblər:
Müvafiq sahədə ən az 1 il iş təcrübəsi
Dağ-mədən şəraitində işləmək bacarığı
İmtiyazlar:
Servis xidməti
Nahar şirkət tərəfindən təmin edilir
Fərdi inkişaf planı çərçivəsində təlim imkanları
"Yağlayıcı"
Daşkəsən
Son müraciət tarixi: 01.07.2026