Şahbulaq yatağı
“Star Mining” MMC-nin törəmə müəssisəsi olan “Shahbulag Mining” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə 04 noyabr 2022-ci il tarixli, 4/2022 nömrəli müqavilə əsasında təsis edilmiş və 02 dekabr 2022-ci ildə dövlət qeydiyyatına alınmışdır. “Star Mining” bu müəssisənin nizamnamə kapitalında 71% paya malikdir.
“Shahbulag Mining” fəaliyyətinə Ağdam rayonunun işğaldan azad edilmiş Şahbulaq kəndi ərazisində yerləşən əhəngdaşı yatağının istismarı ilə başlamışdır.
2024-cü ilin iyul ayından etibarən, Xocalı rayonu ərazisində “Azcement” markası altında üç növ sement məhsulunun istehsalına start verilmişdir.