AZ

Haqqımızda

Tariximiz

Tariximiz

“Star Mining” MMC 2017-ci ildən dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir.

Şirkət yalnız məhsuldarlıq və texniki keyfiyyətə deyil, həmçinin sosial məsuliyyət, əmək təhlükəsizliyi və ətraf mühitin qorunması prinsiplərinə də sadiq qalaraq fəaliyyətini qurmuş və qısa müddət ərzində sektorun etibarlı, peşəkar iştirakçılarından birinə çevrilmişdir.

Dəyərlər

Dəyərlərimiz

Bizim dəyərlərimiz fəaliyyətimizin təməlini təşkil edir və gündəlik qərarlarımızı istiqamətləndirir:


•   Birləşmə – Komanda ruhu ilə işləyir, əməkdaşlıq və qarşılıqlı hörmətə önəm veririk.
•   Peşəkarlıq – Hər bir layihədə ən yüksək standartlara sadiq qalırıq.
•   Şəffaflıq – Dürüst, açıq və hesabatlı fəaliyyət göstəririk.
•   Dəqiqlik – Ən xırda detala qədər diqqət və həssaslıqla işləyirik.
•   Sədaqət – Missiyamıza, müştərilərimizə və davamlı inkişafa bağlıyıq.
•   Təhlükəsizlik – Əməkdaşlarımızın sağlamlığı və əməliyyatlarımızın təhlükəsizliyi hər zaman prioritetdir.


 

Ekoloji siyasət

Ekoloji siyasət

“Star Mining” MMC fəaliyyət göstərdiyi bütün sahələrdə ekoloji təsirləri müəyyən etmək və onları minimuma endirmək məqsədilə bütün mövcud bilik və texnologiyalardan istifadə edərək ətraf mühitin qorunmasına daim önəm verir.

Şirkət bütün fəaliyyətlərini ətraf mühitə potensial təsirləri, bu təsirlərin nəticələrini və aidiyyəti ekoloji aspektləri nəzərə alaraq həyata keçirir. Ekologiyanın qorunması və dayanıqlı yanaşmalar “Star Mining” MMC-nin əsas hədəflərindən biridir.

Şirkət ətraf mühitin qorunması istiqamətində əməkdaşlarının ekoloji maarifləndirməsini öz fəaliyyətinin prioritet məsələlərindən hesab edir. 

Bu məqsədlə “Star Mining” MMC aşağıdakı öhdəlikləri öz üzərinə götürür:
•    Ətraf mühitin mühafizəsinə dair tərəfdar çıxdığı beynəlxalq sazişlərə və protokollara, eləcə də yerli qanunvericiliyin tələblərinə tam riayət etmək;
•    Ətraf mühitə mənfi təsirlərin qarşısını almaq və bu təsirləri mümkün qədər azaltmaq;
•    Ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirmək;
•    Fəaliyyət göstərdiyi bütün sahələrdə ekoloji tələblərə və normativ-hüquqi aktlara uyğun hərəkət etmək;
•    Müntəzəm ekoloji monitorinqlər aparmaq;
•    Tullantıların düzgün idarə olunmasını təmin edərək ətraf mühitə təsiri azaltmaq;
•    Ekoloji riskləri müəyyən edib minimum səviyyəyə endirmək;
•    Bütün əməkdaşların ekoloji biliklərinin artırılmasına dəstək göstərmək;
•    ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemi standartının tələblərinə riayət etmək və bunun üçün zəruri resurslarla təminat yaratmaq.

Peşəkar İşçi Heyəti
Peşəkar işçi heyəti
Peşəkar İşçi Heyəti
Peşəkar işçi heyəti

Peşəkar işçi heyəti

“Star Mining”in əsas gücü onun peşəkar və təcrübəli heyətidir. Müxtəlif sahələr üzrə ixtisaslaşmış mühəndislər, geoloqlar, texniki operatorlar və idarəetmə mütəxəssisləri şirkətin fəaliyyətində mühüm rol oynayır.

Əməkdaşlarımız davamlı təlim və inkişaf proseslərində aktiv iştirak edir, beynəlxalq seminar və konfranslarda biliklərini 
artırır, yeni texnologiyaları mənimsəyirlər.

“Star Mining” üçün insan faktoru sadəcə bir resurs deyil – davamlı inkişafın, texniki mükəmməlliyin və strateji uğurun əsas sütunlarından biridir.
 

Lisenziyalar

Lisenziyalar

“Star Mining” dağ-mədən, qazma və partlayış sahələrində fəaliyyət göstərmək üçün qanunvericiliyin tələb etdiyi bütün müvafiq lisenziya və icazələrə malikdir.

Bu lisenziyalar şirkətin fəaliyyətinin hüquqi əsaslarla və rəsmi şəkildə tanınmasını təmin edir və dövlətlə yanaşı özəl sektorla əməkdaşlıqda etibarlı tərəfdaş imicini gücləndirir.

Şirkətin əsas lisenziyaları:

•    13.12.2016-cı il tarixli İN/L-2257/2016 nömrəli Dağ-mədən işlərinə dair lisenziya (İqtisadiyyat Nazirliyi);
•    29.06.2017-ci il tarixli İN/L-587/2017 nömrəli Təhlükəli yüklərin daşınmasına dair lisenziya (İqtisadiyyat Nazirliyi);
•    17.10.2024-cü il tarixli Xİ 000126 nömrəli partlayıcı maddələrin mülki dövriyyəsinə dair xüsusi icazə (Fövqəladə Hallar Nazirliyi);
•    08.05.2025-ci il tarixli EL-367/2025 nömrəli tikinti-quraşdırma işlərinə dair lisenziya (İqtisadiyyat Nazirliyi).
 

Maliyyə hesabatları

Maliyyə hesabatları

“Star Mining” MMC mütəmadi olaraq daxili və xarici audit yoxlamalarından keçərək idarəetmə sistemlərini təkmilləşdirməyə, fəaliyyətinin effektivliyini və şəffaflığını artırmağa çalışır.

Şirkətimiz audit və maliyyə hesabatlılığı sahəsində dünyanın ən böyük “Big Four” (“Böyük Dördlük”) qrupuna daxil olan şirkətlərdən biri tərəfindən aparılan mütəmadi audit yoxlamalarından keçərək, maliyyə hesabatlarının doğruluğunu, şəffaflığını və etibarlılığını təsdiqləməkdədir.

 

Sertifikatlar

Sertifikatlar

“Star Mining” fəaliyyətini beynəlxalq ISO standartlarına uyğun şəkildə təşkil edir və aşağıdakı sertifikatlara malikdir:

•    ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi
•    ISO 14001:2015 – Ətraf Mühitin İdarəedilməsi Sistemi
•    ISO 45001:2018 – Əməyin Mühafizəsi və İşçi Təhlükəsizliyi Sistemi


Bu sertifikatlar şirkətin yüksək keyfiyyət, təhlükəsizlik və ekoloji məsuliyyət prinsiplərinə sadiqliyini təsdiq edir. Sertifikatlaşma bizim üçün formal tələbdən daha çox, gündəlik iş proseslərinin əsas hissəsidir.