“STAR MİNİNG” MMCşirkəti 2017-ci ildəndağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur.
“STAR MİNİNG” MMC öz fəaliyyətində Keyfiyyət, Əməyin Mühafizəsi və Təhlükəsizlik və Ətraf Mühitin idarəetmə sistemi standartlarını (ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018) və onun fəaliyyətinə aid müvafiq qanunverici sənədlərin tələblərini rəhbər tutur.
Müəssisə İnteqrəedilmiş İdarəetmə sistemi standartlarının-İMS (ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 ) tələblərini yetirmək məqsədilə aşağıdakıları tətbiq edir və üzərinə götürür:
İMS siyasətinin işçilər və digər maraqlı tərəflər üçün əlçatanlığının təmin edilməsi.
Fəaliyyətin İMS və yerli qanunvericiliyin tələblərinə uyğunlaşdırılması;
İMS məqsədlərin müəyyənləşdirilməsi və mütəmadi monitorinqi;
Əməyin mühafizəsi və Ətraf mühitin idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə yaxşılaşdırma tədbirlərinin həyata keçirilməsi;
İMS üzrə qoyulmuş performans göstəricilərinin mütəmadi olaraq ölçülməsi və monitorinqi;
Ətraf mühitə zərər vuran amillərin qarşısının alınması və Ətraf mühitin mühafizəsini;
İşçilərin və digər maraqlı tərəflərin sağlamlığının qorunması və zədələnməməsinin qarşısının alınması;
Fövqəladə hazırlıq və fövqəladə planların yüksək prioritetlərə əsaslandığını və hər hansı bir hadisənin vaxtında və effektiv şəkildə qarşısının alınmasını təmin etmək üçün mütəmadi olaraq sınaqdan keçirildiyinin yoxlanılmasını;
İMS ilə əlaqədar Dövlət orqanları ilə əməkdaşlıq;
İMS məqsədlərinə çatmaq üçün kifayət qədər resursların ayrılmasını;
İşçilərin Əməyin və Ətraf mühitin Mühafizəsi və Təhlükəsizliyi sahəsi üzrə biliklərin, vərdişlərin yüksəldilməsi istiqamətində olan müvafiq təlimlərin təmin edilməsini;
Əməyin mühafizəsi və Ətraf mühitin idarəetmə sisteminin tələblərinə əsasən təhlükələrin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi, nəzarət və bərpa tədbirlərinin tətbiq edilməsini;
Ekoloji aspektlərin və risklərin müəyyənləşdirilməsini;
Tullantıların mümkün olan ən aşağı səviyyəyə qədər azaldılmasının və tullantıların təhlükəsiz, nəzarət olunan qaydada və yerli qanunvericiliyə uyğun şəkildə idarə edilməsini.
Açıq dağ-mədən işi quyu səthinin qazılması ilə bir və ya bir neçə üfüqi pillələr vasitəsi ilə səthə yaxın ehtiyatların çıxarılması prosesidir.
Partlayışa əsaslanan xidmətlər zamanı hər bir əməliyyatın özünəməxsus tələblərini təmin etməyi öhtəmizə götürürük.
Xüsusi hazırlanmış iş cədvəli əsasında, müştərilərimizin mənafeyini qoruyaraq, sistemli şəkildə həyata keçirilir.